Modern.az

Dedim, 100 manat bonus olacaq, güldülər

Dedim, 100 manat bonus olacaq, güldülər

İdman

4 Noyabr 2023, 19:25

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə darmadağın edib.

 

Modern.az xəbər verir ki, Ağdum klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb:

 

“Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə