Modern.az

“Səbail” – “Kəpəz” oyunu qolsuz başa çatdı

“Səbail” – “Kəpəz” oyunu qolsuz başa çatdı

İdman

25 Noyabr 2023, 16:12

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Səbail” klubu “ASCO Arena”da “Kəpəz”i qəbul edib. Hər iki komandanın çoxsaylı qol imkanlarına baxmayaraq, matçda hesab açılmayıb.

 

Bu nəticədən sonra xallarını 22-yə çatdıran “dənizçilər” üçüncü pilləyə yüksəlib. 10-cu xalını qazanan “sarı-göylər” isə 9-cu sırada qalıb.

 

Günün son oyununda “Qəbələ” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq.

 

Qeyd edək ki, turun açılış matçında “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə