Modern.az

Millimiz son oyunda da UDUZDU

Millimiz son oyunda da UDUZDU

26 Noyabr 2023, 18:03

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün son oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşıb.

 

Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni uğursuzluğa düçar olub. Gürcüstan komandası hər üç setdə yığmamızdan güclü olub - 3:0 (25:11, 25:9, 25:12).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə