Modern.az

Ərdoğan döyülən hakimə ZƏNG ETDİ

Ərdoğan döyülən hakimə ZƏNG ETDİ

İdman

12 Dekabr 2023, 13:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən matç zamanı "Ankaragücü" klubunun prezidenti Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Melerə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

O, hakimin tezliklə sağalmasını arzuladığını bildirib. Prezident hadisəni pisləyib və hakimə uğurlar arzulayıb.
 

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib. 

 

Məlumata görə, klubun prezidenti də daxil olmaqla 3 nəfər tutulub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə