Modern.az

“Qəbələ” yenə uduzdu

“Qəbələ” yenə uduzdu

15 Dekabr 2023, 16:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Səbail” klubu öz meydanında “Qəbələ”ni qəbul edib.

 

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xallarını 26-ya çatdıran “Səbail” üçüncü pilləyə yüksəlib.

 

Ardıcıl üçüncü matçda eyni hesabla uduzan “Qəbələ” isə 11 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə