Modern.az

“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır

16 Dekabr 2023, 13:42

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxarılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ağdam təmsilçisi rəsmi “Facebook” hesabında paylaşım edib.

 

Azarkeşlər biletləri bu gün iticket.az platformasında əldə edə biləcəklər.

 

Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

 

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə