Modern.az

"Neftçi" Türkiyədə uduzdu

İdman

6 Yanvar 2024, 20:43

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, "ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub.

 

Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə