Modern.az

Almaniya klubunun prezidenti qəflətən vəfat etdi

Almaniya klubunun prezidenti qəflətən vəfat etdi

16 Yanvar 2024, 19:23

Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn dünyasını dəyişib.

 

Modern.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı funksioner qəflətən vəfat edib.

 

“Herta”nın yaydığı açıqlamada klubda çalışan hər kəsin K.Bernşteynin ölümündən şoka düşdüyü bildirilib.

 

Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyun ayından "Herta"ya rəhbərlik edirdi. O, 1990-cı illərin əvvəllərində Berlin təmsilçisinin fəal azarkeşi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə