Modern.az

Ötən yay satdığı futbolçunu geri qaytardı

Ötən yay satdığı futbolçunu geri qaytardı

9 Fevral 2024, 16:32

Türkiyənin “Fənərbağça” komandası sabiq futbolçusu Sərdar Dursunu yenidən heyətinə qatıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi 32 yaşlı hücumçunu “Fatih Karagümrük”dən cari mövsümün sonunadək icarəyə götürüb.

 

Türkiyə millisinin üzvü ötən ilin yayında “Fənərbağça”nı tərk etmişdi.

 

Qeyd edək ki, Sərdar Dursun bu mövsüm 25 oyunda 6 qolla yadda qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə