Modern.az

Qadın hakimlərimiz UEFA-dan təyinat aldılar

Qadın hakimlərimiz UEFA-dan təyinat aldılar

28 Fevral 2024, 13:34

Azərbaycan qadın hakimləri UEFA-dan yeni təyinat alıblar.

 

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi Fəridə Lütfəliyeva Türkiyə – Rumıniya yığmaları arasında təşkil olunacaq yoldaşlıq görüşünün baş hakimi olacaq. Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

 

Qeyd edək ki, fevralın 28-də Antalyada reallaşacaq oyun “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə