Modern.az

“Qarabağ”ın qapıçısı Rusiya klubuna keçə bilər

“Qarabağ”ın qapıçısı Rusiya klubuna keçə bilər

16 May 2024, 15:06

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasını Rusiyada davam etdirə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karpov məlumat yayıb. Onun sözlərinə görə, “Dinamo” (Moskva) qapı xəttini gücləndirmək üçün bu yay 33 yaşlı qolkiperi transfer etmək istəyir.

 

A. Lunyovun Ağdam klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

 

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 32 matçda meydanda olub. O, 10 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə