Modern.az

Türkiyəli idmançıdan tarixi nəticə

Türkiyəli idmançıdan tarixi nəticə

İdman

27 İyul 2024, 18:09

Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

 

Modern.az xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

 

O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.

 

Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat