Modern.az

Azərbaycan – Slovakiya matçının yeri dəqiqləşdi

Azərbaycan – Slovakiya matçının yeri dəqiqləşdi

29 İyul 2024, 15:32

Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib.

Modern.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Komandamızın Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev matçının stadionu dəqiqləşib. C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat