Modern.az

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

İdman

5 Sentyabr 2024, 17:50

Azərbaycanın bədii gimnastları sentyabrın 7-dən 8-dək San Marinonun Serravalle şəhərində keçiriləcək “San Marino Cup” beynəlxalq turnirində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, məşqçilər Valentina Ukleina ilə ⁠Ruslan Eyvazovun rəhbərliyi altında İlona Zeynalova (böyük yaş qrupu üzrə) və Şəms Ağahüseynova (gənc yaş qrupu üzrə) ölkəmizi təmsil edəcək.

 

Hakim qismində isə yarışda Aysel Həsənova yer ala alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə