Modern.az

İdmançılarımız Latviyada 13 medal qazandı

İdmançılarımız Latviyada 13 medal qazandı

İdman

15 Sentyabr 2024, 00:33

Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq birinciliyində 13 medal qazanıblar.

 

Modern.az xəbər verir ki, yığmanın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kiloqram), Məhəmməd Həsənli (⁠51 kiloqram), Fuad Məhərrəmli (⁠55 kiloqram) və Elcan Əliyev (⁠78 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68 kiloqram) ikinci yeri tutublar.

 

Digər taekvondoçulardan Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram), Fatimə Həsənova (⁠59 kiloqram), Harun Salmanzadə (⁠51 kiloqram), Ziya Həsənli (⁠59 kiloqram), Hüseyn Xudiyev (⁠73 kiloqram) və Allahverdi Məmmədov (⁠+78 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

 

Qeyd edək ki, milli komanda Bakıya sentyabrın 16-da qayıdacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?