Modern.az

"Neftçi" onunla yollarını ayırdı

"Neftçi" onunla yollarını ayırdı

İdman

26 Noyabr 2024, 19:42

“Neftçi” Andre Şinyaşiki ilə yolları ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat