Modern.az

 “Qarabağ”ın oyunçusu Kadinin ayağı sınıb

 “Qarabağ”ın oyunçusu Kadinin ayağı sınıb

İdman

6 Noyabr 2025, 14:44

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin son vəziyyəti bilinib.

Modern.az “Qarabağ” klubuna istinadən xəbər verir ki, oyundan dərhal sonra Kadi Borges müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?