Modern.az

“Qarabağ”ın rumınlarla oyunu slovakiyalı hakimlərə tapşırıldı

“Qarabağ”ın rumınlarla oyunu slovakiyalı hakimlərə tapşırıldı

İdman

21 Yanvar 2025, 13:44

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

Modern.az xəbər verir ki, UEFA yanvarın 23-də Bakıda təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Filip Qlova olacaq. Ona Daniel Polaçek və Peter Bednar yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivyak icra edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq “Qarabağ” – FCSB qarşılaşması saat 21:45-də start götürəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat