Modern.az

Misli Premyer Liqasının daha iki oyunu keçiriləcək

Misli Premyer Liqasının daha iki oyunu keçiriləcək

İdman

10 Fevral 2025, 08:43

Misli Premyer Liqasında bu gün XXII turun daha iki oyunu keçiriləcək.

Modern.az xəbər verir ki, ilk olaraq "Araz-Naxçıvan" "Kəpəz"i sınağa çəkəcək.

Məlumata görə, qarşılaşma saat 16:00-da başlayacaq.

Ardınca isə "Neftçi" səfərdə "Zirə"-nin qonağı olacaq. Matçın start fiti saat 18:30-da start götürəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 43 xalla ikinci, "Zirə" 39 xalla üçüncü sırada yer alıb. 21 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə doqquzuncudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat