Modern.az

“İdman haqqında” qanun layihəsi hazırlanır

“İdman haqqında” qanun layihəsi hazırlanır

İdman

4 Mart 2026, 12:27

“İdman haqqında” qanun layihəsi Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən hazırlanır, işlər gedir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşü zamanı Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyev deyib.

O qeyd edib ki, həmin qanun layihəsində bir sıra vacib məqamlara diqqət yetirilməlidir:

“İdmanın kütləviliyinin təmin olunması qanunda mütləq əksini tapmalıdır. Həmçinin regionlarda idmanın, qadın idmanının, paraidmanın inkişafı çox vacib məsələdir” – o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!