Formula 1 Azərbaycan Qran-prisində birinci sərbəst yürüş baş tutub.
Modern.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “McLaren”in britaniyalı pilotu Lando Norris birinci olub.
Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri ikinci, “Ferrari”nin polşalı sürücüsü Şarl Lekler üçüncü pillədə yer alıb.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
***
13:10
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.
Modern.az-ın məlumatına görə, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.