Modern.az

Formula-1-də 3-cü sərbəst yürüş başa çatdı - Qaliblər

Formula-1-də 3-cü sərbəst yürüş başa çatdı - Qaliblər

İdman

20 Sentyabr 2025, 13:52

Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə yekun vurulub.

Modern.az xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.

“Red Bull Racing”in üzvü niderlandlı Maks Ferstappen ikinci, “McLaren”dən avstraliyalı Oskar Piastri üçüncü yeri tutub.

Bu gün saat 16:00-da sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.


***

Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.

Modern.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?