Modern.az

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

İdman

20 Sentyabr 2025, 15:25

Formula 1 üzrə Azərbaycan Qran Prisinin müddəti daha 4 il uzadılıb.

Modern.az xəbər verir ki, yarışlar 2030-cu ilədək Bakıda keçiriləcək. Bu barədə Bakı Şəhər Halqasından bildirilib.

Qeyd edək ki, Formula 1 yarışı ilk dəfə 2017-ci ildə Bakıda keçirilib. 

Formula 1 yarışı üçün tikilən Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olur. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?