Modern.az

"Formula 1": Bakıdakı sıralama turunda yeni rekord

"Formula 1": Bakıdakı sıralama turunda yeni rekord

İdman

21 Sentyabr 2025, 10:38

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.

 

Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.

 

Beləliklə, Bakıdakı sıralama turu San Paulo (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada