Modern.az

"Formula 1"in təşkilində 2 min könüllü iştirak edir

"Formula 1"in təşkilində 2 min könüllü iştirak edir

İdman

21 Sentyabr 2025, 11:48

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir.

 

Modern.az-ın məlumatına görə, onlar müxtəlif sahələrdə - media, akkreditasiya, protokol, tamaşaçı xidmətləri, təhlükəsizlik və digər istiqamətlərdə fəaliyyət göstərirlər.

 

Seçilmiş könüllülər arasında tələbələr, gənc mütəxəssislər, müxtəlif peşə sahibləri yer alır.

 

Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçmişdi. Onlardan cəmi 2 mini seçilib.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!