Modern.az

UEFA İsraili yarışlardan kənarlaşdıra bilər

UEFA İsraili yarışlardan kənarlaşdıra bilər

İdman

21 Sentyabr 2025, 14:01

UEFA İsrail komandalarını öz turnirlərindən kənarlaşdıra bilər.

 

Modern.az xəbər verir ki, qurum bununla bağlı iclas keçirməyi planlaşdırır.

 

Qadağa qəbul edilərsə, İsrail millisi DÇ-2026-nın seçmə mərhələsindən, “Makkabi Təl-Əviv” isə UEFA Avropa Liqasından kənarlaşdırılacaq.

 

Avqustun 13-də İtaliyanın Udine şəhərində keçirilən UEFA Superkuboku matçından əvvəl UEFA "Uşaqları öldürməyə son, mülki insanları öldürməyə son" yazılı banner təqdim edib. Eyni zamanda, qurumun mətbuat xidməti X sosial şəbəkədə “Mesajımız aydındır" yazısı dərc edib.

 

Qeyd edək ki, UEFA eyni qərarı Ukraynaya hərbi təcavüz edən Rusiya üçün də verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var