Modern.az

Millimiz dünya ikincisi oldu - FOTO

Millimiz dünya ikincisi oldu - FOTO

İdman

22 Sentyabr 2025, 09:08

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Modern.az xəbər verir ki, yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub.

İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medallar qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?