Modern.az

"Kəpəz"in baş məşqçisi istefa verdi

"Kəpəz"in baş məşqçisi istefa verdi

İdman

22 Sentyabr 2025, 10:42

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.

Modern.az-ın məlumatına görə, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub.

İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi komandaya rəhbərlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?