Modern.az

III MDB Oyunlarında futbol yarışlarının püşkü atıldı

III MDB Oyunlarında futbol yarışlarının püşkü atıldı

İdman

22 Sentyabr 2025, 16:50

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Modern.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

12:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

14:00. Rusiya – Özbəkistan

3 oktyabr

12:00. 5-ci yer uğrunda

14:00. 3-cü yer uğrunda

4 oktyabr

14:00. Final

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?