Modern.az

Kabayevanın akademiyası III MDB Oyunlarında 

Kabayevanın akademiyası III MDB Oyunlarında 

İdman

23 Sentyabr 2025, 16:31

Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın “Nebesnaya qratsiya” bədii gimnastika akademiyası III MDB Oyunlarında iştirak edəcək.

Modern.az xəbər verir ki, bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki Olimpiya İdman Kompleksinin arenasında öz bacarıqlarını nümayiş etdirəcəklər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada