Modern.az

Rusiya idmançıları Azərbaycana gəldi - FOTOLAR

Rusiya idmançıları Azərbaycana gəldi - FOTOLAR

İdman

24 Sentyabr 2025, 14:10

Rusiyanın stolüstü tennis və atıcılıq idman növləri üzrə komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.

Modern.az xəbər verir ki, idmançıları Gəncə Beynəlxalq Aeroportunda III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır