Modern.az

“Qarabağ” - “Kopenhagen” oyununun hakimləri açıqlandı

“Qarabağ” - “Kopenhagen” oyununun hakimləri açıqlandı

26 Sentyabr 2025, 16:00

UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 30-da “Azersun Arena”da keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!