Modern.az

Millimiz MDB Oyunlarına qələbə ilə başladı

Millimiz MDB Oyunlarına qələbə ilə başladı

İdman

27 Sentyabr 2025, 14:39

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib.

Modern.az xəbər verir ki, birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.

Oyuna başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə vurub.

Günün ikinci matçında isə Belarus və Rusiya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, futbol yarışında 6 ölkənin - Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Rusiya və Özbəkistanın komandaları mübarizə aparırlar. Yarışlara oktyabrın 4-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur