Modern.az

Stolüstü tennisçilərimiz III MDB Oyunlarında finala yüksəldi

Stolüstü tennisçilərimiz III MDB Oyunlarında finala yüksəldi

İdman

27 Sentyabr 2025, 17:19

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib.

Modern.az xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə qüvvələrini sınayıblar.

Onlar yarımfinalda müvafiq olaraq, Oryanbassar Yessimxan (Qazaxıstan) və Aliaksey Rabuşka (Belarus) ilə qarşılaşıblar.

Rəqiblərinə qalib gələn idmançılarımız finala vəsiqə qazanıblar.

Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur