Modern.az

"Real"da ciddi İTKİ

"Real"da ciddi İTKİ

İdman

28 Sentyabr 2025, 18:36

"Real Madrid" klubunun sağ cinah müdafiəçisi Dani Karvaxala sağ ayağında əzələ zədələnməsi diaqnozu qoyulub.

 

Modern.az bu barədə klubun rəsmi saytına istinadla xəbər verir.

 

33 yaşlı futbolçu İspaniya La Liqasının yeddinci turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə matçda zədələnərək, 59-cu dəqiqədə əvəzlənmişdi.

 

"Instant Foot"un məlumatına əsasən, Karvaxal dörd həftə müddətinə yaşıl meydanlardan uzaq qala bilər.

 

İspan futbolçu bu mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə yeddi oyun keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur