Modern.az

Bu gün 6 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün 6 idman növü üzrə yarışlar keçiriləcək

İdman

1 Oktyabr 2025, 08:02

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 6 idman növü üzrə yarışlar keçiriləcək.

Modern.az xəbər verir ki, Şəkidə batut gimnastikasına start veriləcək.

Qəbələdə atıcılıq yarışlarına yekun vurulacaq. Həmçinin badmintonda qarışıq komanda yarışları təşkil olunacaq. Bu şəhərdə futbol üzrə Azərbaycan millisi Qırğızıstanla qarşılaşacaq. Oyun 12:00-da başlayacaq.

Gəncədə üzgüçülük, Yevlaxda boks yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın qisas zərbəsi - Kremldən amansız hücum