Modern.az

“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı

“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı

İdman

1 Oktyabr 2025, 09:00

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

Moden.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxacaq.

Komandamız Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Oyun saat 20:45-də başlayacaq. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər. 

“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Sizə yeni x var
Keçid et
Rusiyanın qisas zərbəsi - Kremldən amansız hücum