Modern.az

UEFA "Qalatasaray"ı cərimələdi

UEFA "Qalatasaray"ı cərimələdi

İdman

1 Oktyabr 2025, 10:07

UEFA Türkiyənin "Qalatasaray" klubunu 68 250 avro cərimələyib.

Modern.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

"Sarı-qırmızılar" azarkeşlərin atəşfəşanlıq etməsinə görə 18 000, meydana yad əşya atması ucbatından 35 250 avro ödəməli olacaq.

İstanbul təmsilçisi digər iğtişaşlara görə isə 15 000 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın məğlubiyyəti ilə bitib - 1:5.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!