Modern.az

Şəhriyar Məmmədyarov iki pillə irəlilədi

Şəhriyar Məmmədyarov iki pillə irəlilədi

İdman

1 Oktyabr 2025, 12:14

Şəhriyar Məmmədyarov (2742) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinqində iki pillə irəliləyib.

Modern.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qrossmeyster hazırda 14-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2655) 62-ci, Eltac Səfərli (2630) 100-cü yerdədir.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2410) 35-ci pilləyədək irəliləyə bilib. Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü, Xanım Balacayeva (2351) 87-cidir.

Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2617) liderdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!