Modern.az

"Qarabağ" möhtəşəm QƏLƏBƏ QAZANDI

"Qarabağ" möhtəşəm QƏLƏBƏ QAZANDI

İdman

1 Oktyabr 2025, 22:37

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.

Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.

Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.

Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək..

***

22:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 83-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində Emmanuel Addai fərqlənib..

***

 

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

 

***

20:45

 

 

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

 

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

 

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?