UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb..
Modern.az xəbər verir ki, Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır.
“Qarabağ” hazırda turnir cədvəlində dördüncü yerdir.
Qurban Qurbanovun komandası bundan əvvəl Lissabonda “Benfika”üzərində 3:2 hesablı qələbə qazanıb.
Digər 6 oyun belə nəticələnib:
PSV (Niderland) - “Yunion” (Belçika) - 1:3
“Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) - 0:2
“Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa) - 2:1
“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) - 2:3
“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 4:4
“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) - 1:0
Bu gün turnirdə daha 6 oyun keçirləcək. Digər matçlar isə sentyabrın 17-i və 18-də keçiriləcək.