Modern.az

"Qarabağ" Azərbaycanın reytinqini ARTIRDI

"Qarabağ" Azərbaycanın reytinqini ARTIRDI

İdman

2 Oktyabr 2025, 09:28

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Modern.az-ın məlumatına görə, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.

Sizə yeni x var
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ