Modern.az

"Bu hekayənin sonu necə bitər, bilmirəm" - Elvin Cəfərquliyev

"Bu hekayənin sonu necə bitər, bilmirəm" - Elvin Cəfərquliyev

İdman

2 Oktyabr 2025, 10:32

Çox çətin oyun oldu. Şükürlər olsun ki, bu matçı da qələbə ilə başa vurduq. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Matçın oyunçusu seçilən müdafiəçi təəssüratlarını bölüşüb: "Meydana çıxıb yalnız qələbə qazanmaq istəyirik. Bu hekayənin sonu necə bitər, bilmirəm, amma çox qürurluyam. Matçın oyunçusu seçildim. Hər kəsə təşəkkür edirəm".

E.Cəfərquliyev sonda "Qarabağ"a dəstək olan türkiyəli azarkeşlərə minnətdarlığını bildirib: "Bütün türk qardaşlarımıza salamlarımı göndərirəm. Sizi çox sevirəm. Biz bir millətik".

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ