Modern.az

DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlandı

DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlandı

İdman

2 Oktyabr 2025, 16:15

Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının final matçının biletlərinin qiyməti açıqlanıb.

Modern.az-ın "The Athletic"ə istinadən məlumatına görə, Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq görüşün ən ucuz biletinin qiyməti 2030 dollardır.

Bu, 4-cü kateqoriyaya aid biletdir. Üçüncü kateqoriya biletlərin qiyməti 2790 dollar, ikinci kateqoriya biletlərin qiyməti 4210 dollar, birinci kateqoriya biletlərin qiyməti isə 6370 dollara bərabərdir.

Mexiko şəhərində keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar aralığında dəyişir.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ