Modern.az

III MDB Oyunları:  Xankəndidə kamandan oxatma yarışları keçirilir

III MDB Oyunları:  Xankəndidə kamandan oxatma yarışları keçirilir

İdman

4 Oktyabr 2025, 10:34

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

Modern.az xəbər verir ki, Xankəndi şəhər stadionunda bu gün qadınlar və kişilərdən ibarət komanda, həmçinin qarışıq komanda (1 qız və 1 oğlan) yarışları keçiriləcək.

1/4 mərhələdə Azərbaycanın kişilərdən ibarət komandası Özbəkistan komandası, qızlardan ibarət komandamız isə Tacikistan komandası ilə yarışacaq. Qarışıq komandamız Qazaxıstan idmançıları ilə mübarizə aparacaq

Bu gün hər iki yarışların yarımfinal mərhələsi də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada