Modern.az

Ayxan Abbasovu U-21-də kim əvəz edir?

Ayxan Abbasovu U-21-də kim əvəz edir?

İdman

4 Oktyabr 2025, 16:45

Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Ayxan Abbasovun U-21-dəki vəzifəsinin kimə həvalə olunduğu bilinib.

Modern.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada