Modern.az

"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi

"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi

İdman

4 Oktyabr 2025, 23:50

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.

 

Modern.az xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

 

Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.

Sizə yeni x var
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu