Modern.az

Bu klub Holandı transfer etmək istəyir

Bu klub Holandı transfer etmək istəyir

İdman

5 Oktyabr 2025, 14:58

İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Holandla ciddi maraqlanır.

 

Modern.az xəbər verir ki, bu barədə Kataloniyanın "El Nacional" nəşri məlumat yayıb.

 

Məlumata əsasən, klubun prezidenti Joan Laporta komandanı gücləndirmək niyyətindədir və 24 yaşlı norveçli forvardın transferini gündəmə gətirib.

 

Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən bu transferi maliyyələşdirmək üçün "Barselona" rəhbərliyi bəzi oyunçularla yolları ayırmağa hazırdır. Mərkəz müdafiəçisi Ronald Arauxo başda olmaqla Dani Olmo və Fermin Lopes də satış siyahısında yer ala bilər.

 

Qeyd edək ki, Erlinq Holand cari mövsümdə "Mançester Siti"nin heyətində bütün turnirlərdə 8 oyuna çıxıb, 11 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə, onun bazar dəyəri 180 milyon avrodur. Hazırda yalnız Lamin Yamal Holandan daha yüksək - 200 milyon avro dəyərində qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu