Modern.az

Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurdular

Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurdular

İdman

5 Oktyabr 2025, 18:49

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

 

Modern.az xəbər verir ki, azərbaycanlı boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.

 

Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.

 

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

 

Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu