Modern.az

Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək 

Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək 

İdman

6 Oktyabr 2025, 09:34

Bu gün Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında 8 idman növü üzrə yarışlar təşkil olunacaq.

Modern.az xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda Qazaxıstan və Qırğızıstan komandaları arasında görüş olacaq. Burada, həmçinin bədii gimnastika üzrə yarışlar başlayacaq.

Gəncə İdman Sarayında isə voleybol və güllə atıcılığında mükafatçılar müəyyənləşəcək. Eyni zamanda, qılıncoynatma yarışları da davam edəcək. Şəhərdə basketbolun 3x3 növü üzrə medalçılar bəlli olacaq.

Mingəçevirdə isə kayak və kaneo üzrə finallar reallaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı